Bazar, 09 Sentyabr 2018 17:00

İsrail qəsəbə salmaq üçün Vaşinqtondan icazə almamalıdır!

İsrail qəsəbə salmaq üçün Vaşinqtondan icazə almamalıdır!

Vaşinqtonun işğal olunmuş Fələstindəki səfiri ABŞ prezidenti Donald Tramp hökumətinin İordan çayınını qərb sahilində sionist qəsəbə inşasına həssaslıq nümayiş etdirmədiyini bildirərək deyib: İsrail qəsəbə inşası üçün Vaşinqtondan icazə almamalıdır.

İRİB-in verdiyi məlumata görə, Deyvid Fridman sionist İsrail Hium qəzetinə verdiyi açıqlamada deyib: ABŞ dövləti heçvaxt İsraili İordan çayının qərb sahilindəki qəsəbə inşası layihələrinə görə sorğu-suala çəkməyəcək. 

Amerikanın işğal olunmuş Fələstindəki səfiri deyib: Trampa görə, İsrailin qəsəbə inşası regionda sülhə maneə törətmir. 

Sionist rejim beynəlxalq ictimaiyyətin tələblərinə etinasız yanaşaraq həmişə sionist qəsəbələrin inşasını davam etdirir və bu sahədə ABŞ-ın dəstəyindən faydalanır. 

Sionist qəsəbələrin hamısı beynəlxalq qanunlara ziddir.

Şərh yaz


Məxfi kod
Yenilə