Bazar, 09 Sentyabr 2018 14:46

Moşe Yəlun: İsrailin baş naziri səriştəsizdir

Moşe Yəlun: İsrailin baş naziri səriştəsizdir

Sionist rejimin keçmiş müharibə naziri bu rejimin baş naziri Benyamin Netanyahunun kabinetinin ifratçı və səriştəsiz olduğunu deyib.

Qüds xəbər agentliyinin verdiyi məlumata görə, sionist rejimin keçmiş müharibə naziri Netanyahunun təfriqəçi siyasətini qınayaraq deyib ki, Netanyahunun başçılıq etdiyi  nazirlər kabinetində iştirak etməyəcək. 

Moşe Yəlun daxili təhdidlərdən nigaranlıq ifadə edərək İsrail nazirlər kabinetində ifratçılığa son qoyulması üçün siyasi cərəyanın yaradılmasına çağırıb. 

Yəlun 2016-cı il may ayında Netanyahunun nazirlər kabineti və Likud Partiyasından istefa verərək bildirdi ki, bu qərarı Aviqdor Libermanın onun yerinə təyin olunduğuna görə  verib. 

İxtilafların güclənməsi , Netanyahunun korrupsiyada ittiham edilməsi və sionist qəsəbə sakinlərinin narazılıqlarına görə sionist rejimin nazirlər kabineti dağılmaq astanasındadır. 

Şərh yaz


Məxfi kod
Yenilə