Çərşənbə, 22 Avqust 2012 10:11

Fələstinə yürüş ediləcək

Fələstinə yürüş ediləcək

Dünya fəalları muxtariyyətin azadlığına dəstək vermək qərarına gəliblər




Fələstinin müstəqilliyini dəstəkləyən fəallar izdihamlı dəstə ilə Betleheme səfər etməyə hazırlaşır. İşğal olunmuş Qərb Sahilinin sakinlərinə həmrəylik məqsədi daşıyan səfərə ABŞ, Böyük Britaniya, Belçika, Fransa, İsveçrə və s. ölkələrdən yüzə yaxın insanın qatılacağı gözlənilir. Fəallar öncəki 2 uğursuz cəhddən sonra, bu səfərin baş tutacağına ümid edir. 

Xatırladaq ki, aprel ayında 1200 ə yaxın fəal İsrailə bilet sifariş etsə də, onların çoxu “qeyri-uçuş” siyahılarına salınaraq səfərdən məhrum edilib, 40 yaxın fəal isə Tel Əviv hava limanında təyyarədən yerə enər-enməz polis tərəfindən saxlanılıb. Fəallar bu dəfəki səfərə İsrailin əngəl ola bilməməsi üçün fərqli marşrut seçməyi qərara alıb. Onlar ilk öncə İordaniyaya uçmağı, oradan isə Əllənbi körpüsü vasitəsilə Qərb Sahilinə daxil olmağı planlaşdırıb. Aksiya iştirakçıları işğal olunmuş fələstin torpaqlarında əsasən məktəblərə və ailələrə baş çəkməyə çalışacaqlarını bildirib. Fransadan olan fəal Oliviya Zemor aksiya iştirakçıları arasında azyaşlı uşaqların və qocaların da yer alacağını diqqətə çatdırıb.


“Mənim sualım İsrailədi. Axı nəyi gizlətməyə çalışırsız, nədən qorxursuz? Qorxursuz ki, 9-dan 82 yaşına qədər olan 100 fəal sizi gəlib dənizə boşaldacaq? Qorxduğunuz budurmu?”, - deyə Fələstinin müsəqilliyini dəstəkləyən fəal Oliviya Zemor bildirib. 

Fəal biletlərin artıq cümə gününə sifariş olduğunu diqqətə çatdırıb

Şərh yaz


Məxfi kod
Yenilə