Bazar, 19 Avqust 2018 21:58

Sionistlər Qərb Sahilinə və Qüdsə basqın ediblər

Sionistlər Qərb Sahilinə və Qüdsə basqın ediblər

İşğal edilmiş Fələstin ərazilərində məskunlaşmış sionistlər bazar günü İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinə hücum ediblər.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, sionistlər Nablos şəhərinə hücum zamanı bir ailənin üzvü olan bir neçə uşağı döyərək, onlara xəsarət yetiriblər. 

Digər tərəfdən İsrail rəsmiləri 3 fələstinli gənci heç bir ittiham irəli sürmədən təhlükəsizlik idarəsinə çağırtdırıblar. 

İşğal edilmiş Fələstin ərazilərində məskunlaşmış sionistlər Qüds şəhərinin İsəviyyə məntəqəsinə də basqın ediblər. 

Təcavüzkar sionistlər İsrail ordusunun dəstəyi ilə fələstinlilərə məxsus avtomobillərə zərər və ziyanlar vuraraq, divarların üzərinə irqçi şüarlar yazıblar. 

Sionistlər fələstinliləri öz doğma torpaqlarından didərgin etmək və Fələstinin işğalını təkmilləşdirmək məqsədi ilə hər gün müxtəlif məntəqələrə basqın edirlər. 

Şərh yaz


Məxfi kod
Yenilə