Bazar, 12 Avqust 2018 18:17

Qüdsdə onlarla fələstinli yaralanıb

Qüdsdə onlarla fələstinli yaralanıb

Fələstinlilərlə sionist işğalçılar arasında işğal olunmuş Qüdsün şimalında yerləşən Şəfat didərgin düşərgəsində baş verən toqquşmalarda onlarla fələstinli yaralanıb və gözyaşardıcı qazdan istifdə edilməsi nəticəsində nəfəs problemləri yaşayıblar.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, sionist rejim hərbçilərinin dünən Şəfat düşərgəsinə hücumunda fələstinli gənclərlə işğalçılar arasında şiddətli toqquşmalar baş verib, sionistlər fələstinlilərə qarşı gözyaşardıcı qaz və səsli bombalardan istifadə ediblər. Fələsitnli gənclər isə daş və yanacaqlı alovlanan bombalarla reaksiya veriblər. 

Başqa məlumata görə, HƏMAS-ın siyasi bürosunun rəis müavini Xəlil Əl-Hiyə Qəzzənin mühasirəsinin tam ləğv edilməsinə və sionist rejimin işğalçılığına son qoyulmasınadək səylərin davam edəcəyini vurğulayaraq deyib: Fələstin xalqı və müqaviməti işğalçılar qarşısındakı müqaviməti və fədakarlığı ilə öz azadlıq və kəramətlərini əldə etməyə qadirdirlər.  

Şərh yaz


Məxfi kod
Yenilə