Şənbə, 11 Avqust 2018 12:56

"Qayıdış haqqı" yürüşünün 20-ci cüməsində 2 şəhid və 84 yaralı

"Qayıdış haqqı" yürüşünün 20-ci cüməsində 2 şəhid və 84 yaralı

Fələstin səhiyyə nazirliyi dünən gecə Qəzzə zolağında keçirilən "Qayıdış haqqı" yürüşünün 20-ci cüməsində 2 nəfərin şəhid olmasından və 84 nəfərin yaralanmsından xəbər verib.

Fələstin səhiyyə nazirliyi qeyd edib ki, yaralılar arasında beş yardımçı qüvvəsi və bir qrup uşaq və qadın vardır.

Dinc "Qayıdış haqqı" yürüşü Yer günü münasibətilə martın otuzundan başlanıb və hələ də davam etməkdədir.

Martın 30-dan bəri bu yürüşdə 150-dən çox fələstinli şəhid olub, 17500 nəfər də yaralanıbdır.

Bir çox ölkə, o sıradan  İran İslam Respublikası, həmçinin beynəlxalq təşkilatlar indiyədək sionistlərin bu cinayətlərini pisləyibdlər.

Fələstinlilərin "Yer günü"nün ildönümündə keçirdikləri yürüş sionist rejimin 1976-cı ilin 30 martında fələstinlilərin ərazilərinin müsadirə olunmasına dair qərarını xatırladır. Bu yürüş hər il keçirilir.

Sionist rejim fələstinlilərin ərazilərini müsadirə edib, orada sionist qəsəbələr salaraq, fələstinli məntəqələrin coğrafi strukturunu dəyişdirmək və bu məntəqələrə sionist görkəm verməyə çalışır ki, fələstinli məntəqələrdəki hökmranlığını təsbit etmiş olsun.

Şərh yaz


Məxfi kod
Yenilə