Cümə, 10 Avqust 2018 11:37

Quterreş səudiyyəlilərin Sədədəki cinayətinin araşdırılmasına çağırıb

Quterreş səudiyyəlilərin Sədədəki cinayətinin araşdırılmasına çağırıb

Birləşmiş Millətlər Təşkilatının baş katibi Səudiyyə koalissiyasının Yəmənə qarşı son cinayətinin dərhal araşdırılmasına çağırıb.

BMT baş katibi Antonio Quterreş bu gün səhər Səudiyyə koalissiyasının hərbi təyyarələrinin Yəmənin Sədə vilayətində məktəbliləri daşıyan avtobusu hədəfə almasını pisləyərək bu qorxunc cinayət barədə dərhal müstəqil araşdırmaların aparılmasına çağırıb. 

Yəmənin Səhiyyə Nazirliyi dünən gecə bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalissiyanın cümə axşamı günü Sədə vilayətində Zəhyan şəhərində yəmənli uşarları daşıyan avtobusu hədəfə alması nəticəsində 50 nəfər ölüb və 77 nəfər yaralanıb. 

İRNA-nın verdiyi məlumata görə, Yəmənin Müdafiə Nazirliyi də dünən gecə bir bəyanat yayaraq bildirib: Yəmənli qüvvələr təcavüzkarlara qarşı müharibədə beynəlxalq qanunlar çərçivəsində rəfar etsələr də, təcavüzkarlar məqsədyönlü şəkildə yəmənli mülkini hədəfə alırlar. 

Suriyanın Xarici İşlər Nazirliyi də Sədə vilayətində məktəbliləri daşıyan avtobusun hədəfə alınmasını pisləyib. 

Yəmənin Ənsarullah Hərəkatı və Livanın Hizbullah Hərəkatı da bəyanatlarla Sədədə uşaqların Səudiyyə təcavüzkarları tərəfindən qırğın edilməsini pisləyib. 

İİR XİN sözçüsü Bəhram Qasimi də Səudiyyə koalissiyasının dünən yəmənli məktəbli uşaqlara qarşı törətdiyi cinayəti pisləyib. 

Səudiyyə Ərəbistanı Amerika və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavcüzə başlayıb və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb. 

Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəmənə qarşı təcavüzü 14 mindən çox yəmənlinin ölümü, on minlərlə yəmənlinin yaralanması və milyonlarla adamın didərgin düşməsi ilə nəticələnib. 

Şərh yaz


Məxfi kod
Yenilə