Çərşənbə, 08 Avqust 2018 11:18

Qəzzə zolağında 2 fələstinli şəhidin dəfn mərasimi keçirilib

Qəzzə zolağında 2 fələstinli şəhidin dəfn mərasimi keçirilib

Qəzzə zolağında iki fələstinli şəhidin dəfn mərasimində iştirak edənlər sionistlərin işğalçılıqlarına təslim olmayacaqlarını bildiriblər.

Qəzzə sakinləri Həmas-ın hərbi qanadı olan İzzəddin Qəssam batalyonunun üzvü olan iki şəhidin dəfn mərasimində iştirak edərək, sionist düşmənə qarşı mübarizənin davam etdirilməsini istəyiblər.

Bu iki mübariz fələstinli İsrailin Qəzzəyə olan hücumları zamanı şəhid olub.

Həmas hərəkatı isə atəşkəslə bağlı təkliflərin yekunlaşdırıldığını və tezliklə Qahirəyə göndəriləcəyini bildirib.

Həmas eyni zamanda müqavimətin işğalçılara təslim olmayacağını və işğalçıların cinayətlərinə görə cavab verməli olduqlarını bildirib.

Dəfn mərasimində iştirak edənlər sionist düşmənə qarşı şüarlar verərək, İsrail rejiminə Qəzzə ilə bağlı çirkin planlarını həyata keçirmək icazəsi verməyəcəkləri barədə xəbərdarlıq ediblər.

Mücahidlər Hərəkatının rəhbər üzvlərindən olan Nanil Əbu Əvdə Əl-Aləm kanalına verdiyi müsahibədə deyib: Raketə qarşı raket, hücuma qarşı hücum strategiyasına malik olan Fələstin müqaviməti öz yolundan dönməyəcək.

İsrail rejiminin Qəzzəyə olan hücumları ciddi etirazlara səbəb olub Həmas müqavimətin sionist düşmənə təslim olmayacağını vurğulayıb.

Həmas-ın rəhbər üzvlərindən olan İsa Nişar da deyib: İrəli sürülən təkliflər Fələstin xalqı üçün münasibət nəticəyə malik deyillər.

Şərh yaz


Məxfi kod
Yenilə