Cümə, 20 iyul 2018 11:46

HƏMAS sionist rejimə xəbərdarlıq etdi

HƏMAS sionist rejimə xəbərdarlıq etdi

Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS sionist rejimin cümə axşamı günü Qəzzə zolağına hava hücumunda bir fələstinli mübarizin şəhid olmasına reaksiyada bildirib: Sionist rejim öz avantüralarının ağır bədəlini ödəyəcək.

Fələstinin MƏA İnformasiya Agentliyinin məlumatına görə, HƏMAS-ın əl-Qəssam batalyonları cümə axşamı gecə bir bəyanatda bildirib: Düşmənin Rəfəhin şərqində müqaviməti sərhəd postlarından birinə hücumunda Əbdülkərim İsmayıl Rizvan şəhid olub. Bu utandırıcı cinayət cavabsız qalmayacaq. 

Bu bəyanatda əlavə olunub: Sionist rejimin hava hücumu axmaqlıqdır, bu hücumda düşmən məsuliyyət daşıyır və onun qüvvələri qanları ilə onu ödəyəcəklər. 

Sionist rejimin qırıcı təyyarələri cümə axşamı günortadan sonra Qəzzə zolağının cənubunda Rəfəhin şərqinə hava hücumları ediblər. Nəticədə Əbdülkərim İsmayıl Rizvan şəhid olub, üç nəfər də yaralanıb. 

Bu arada yerli dairələr bildiriblər: İşğalçı qüvvələr cümə axşamı günü məhdud şəkildə Qəzzə ərazisinə daxil olublar. 

Məlumata görə, sionist hərbçilər Qəzzə zolağı ilə işğal olunmuş ərazilər arasında Qəzzə əhalisinin cümə günü yürüşləri ilə qarşılaşmaq üçün təhlükəsizlik divarlarından 50 metr aralıda təhlükəsizlik hasarları çəkməyə başlayıblar. 

Qəzzə əhalisi 30 martdan başlanan yürüşlər çərçivəsində hər gün Qəzzə ilə işğal olunmuş ərazilər arasına toplaşır, fələstinlilərin qanuni qayıdış haqqı, Qəzzənin mühasirəsinə son qoyulması və sionist rejimin cinayətlərinin durdurulmasını vurğulayır. 

Sionist hərbçilərin Qayıdış Haqqı yürüşlərində şəhid etdikləri fələstinlilərin sayı indiyədək 137 nəfərə çatıb. Bundan əlavə bu dinc yürüşdə 15 mindən çox fələstinli yaralanıb. 

Şərh yaz


Məxfi kod
Yenilə