Çərşənbə axşamı, 10 iyul 2018 13:28

Fələstin telekanalının yayımı sionist rejim tərəfindən dayandırılıb

Fələstin telekanalının yayımı sionist rejim tərəfindən dayandırılıb

Sionist rejim Fələstin xalqının hüquqlarının tapdalanmasını davam etdirərək dünən işğal olunmuş fələstində Fələstinin Qüds adlı telekanalının yayımına qadağa qoyub.

Məa xəbər agentliyinin verdiyi məlumata görə, çıxarılan hökmə görə, Qüds telekanalı Qüdsdə və1948-ci ildə işğal olunmuş ərazilərdə veriliş yayımlamaq haqqına malik olmayacaq. 

Qüdsü işğal edən rejimin müharibə naziri Aviqdor Liberman bu telekanalın fəaliyyətinin təhlükəli olduğunu bildirərək deyib ki, bu qərar sionist rejimin daxili təhlükəsizlik təşkilatı ŞABAK və terrorizmə qarşı iqtisadi müharibə ofisinin tövsiyələrinə əsasən qəbul edilib. 

Qüds telekanalının rəhbəri İmad Əl-Əfrənci bu hərəkətə münasibət bildirərkən deyib: Qüds telekanalı sionistlərin Fələstin xalqının hüquqlarına qarşı hərəkətlərini ifşa edirdi və bu da sionist rejimi nigaran edib. 

Şərh yaz


Məxfi kod
Yenilə