Çərşənbə, 04 iyul 2018 10:46

Fələstinli qadınlar Qəzzədə aksiya keçiriblər

Fələstinli qadınlar Qəzzədə aksiya keçiriblər

Qəzzə sakini olan minlərlə fələstinli qadın fələstinlilərin öz vətənlərinə qayıdış haqqına və Qəzzənin mühasirəsinə son qoyulmasına təkid etmək üçün aksiya keçirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bu aksiyada iştirak edən qadınlar öz doğma torpaqlarına qayıdış haqqından heç vaxt vaz keçməyəcəklərini vurğulayaraq, insan haqları təşkilatlarından İsrail rejiminin cinayətlərinin durdurulması və Qəzzənin mühasirəsinin ləğv edilməsi istiqamətində addım atmalarını istəyiblər. 

"Fələstinli qadınlar qayıdışa və mühasirəni yarmağa doğru" adlı seminar təşkil edən Qəzzəli qadınlar İsrail rejiminin fələstinlilərə qarşı vəhşiliklərinə etiraz ediblər. 

Fələstinin səhiyyə nazirliyi şənbə günü bir bəyanat yayaraq, 30 mart tarixindən başlayaraq, hələ də davam edən Qayıdış Haqqı yürüşlərində indiyə kimi 134 nəfərin şəhid olduğunu, 15 mindən çox insanın isə yaralandığını bildirib. 

Fələstinlilər 30 mart 1976-cı ilə torpaqlarının qanunsuz şəkildə sionistlər tərəfindən işğal edilməsinə etiraz olaraq, hər il bu tarixi "Torpaq Günü" olaraq qeyd edirlər. 

İsrail rejimi fələstinlilərin ərazilərini müsadirə etmək və bu ərazilərdə yəhudilər üçün yaşayış massivləri yaratmaqla Fələstin adlı ölkənin formalaşmasına mane olmağa çalışır. 

Şərh yaz


Məxfi kod
Yenilə