Bazar, 01 iyul 2018 07:40

"Qayıdış haqqı" yürüşlərində indiyədək 134 fələstinli şəhid olub

"Qayıdış haqqı" yürüşlərində indiyədək 134 fələstinli şəhid olub

Fələstinin Səhiyyə Nazirliyi dünən gecə bildirib ki, 30 mart "Qayıdış haqqı" yürüşlərinə start verilməsindən bu günədək 134 fələstinli sionist hərbçilər tərəfindən şəhid edilib, 15 min 200 nəfər də yaralanıb.

İRNA-nın verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, şəhid edilənlər arasında 16 uşaq da var. 

Fələstin Səhiyyə Nazirliyi bildirib: yaralılar arasında da 2 min 536 uşaq, min 160 qadın var. 

İran İslam Respublikası da daxil bir çox ölkələr eləcə də beynəlxalq təşkilatlar sionist rejimin bu cinayətlərini pisləyiblər. 

"Qayıdış haqqı" yürüşləri 30 martda " torpaq qünü"-ndə Qəzzə zolağında başlandı və hələ də davam edir. 

Torqaq günü 1976-cı il 30 martda fələstinlilərin torpaqlarının sionist rejim tərəfindən müsadirə edilməsini xatırladır və hər il qeyd olunur. 

İsrail rejimi fələstinlilərin ərazilərini müsadirə etmək və orada sionist qəsəbələr inşa etdirməklə fələstin ərazilərində etnik tərkibi dəyişmək və bu ərazirəi sionistləşdirmək, beləliklə də öz hegemoniyasını təsbit etmək  niyyətindədir

Şərh yaz


Məxfi kod
Yenilə