Cümə, 29 June 2018 21:36

Qəzzədə anti-sionist aksiya keçirilib

Qəzzədə anti-sionist aksiya keçirilib

Minlərlə fələstinli bu gün Qəzzə zolağında sionist rejimin bəşəriyyətə zidd hərəkətlərinə etiraz edərək, aksiya keçirib.

"Qan birliyi və müştərək tale" adı altında keçirilən bu aksiyada müxtəlif fələstinli qruplar sionistlərin fələstinlilərə qarşı rəhmsizcəsinə hücumlarını pisləyiblər.

Qəzzəyə qayıdış və Qəzzənin mühasirəsinin sındırılması aksiyasını keçirən milli heyət də bir çağırış verərək, bütün Fələstin xalqını bu aksiyada iştiraka çağırıbdır.

Fələstinin səhiyyə nazirliyi bir bəyanatda bildiribdir ki, qayıdış aksiyasının əvvəlindən, yəni 2018-ci il martın 30-dan bəri şəhid olmuş fələstinlilərin sayı130  nəfərə çatıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə