Cümə axşamı, 21 June 2018 10:05

"İsrail" hərbi bazasında bir neçə partlayış səsi eşidilib

"İsrail" hərbi bazasında bir neçə partlayış səsi eşidilib

Şahidlər Qəzzə zolağı yaxınlığında İsrailin Nahil Ouz hərbi bazasında bir neçə partlayış səsinin eşidildiyini bildiriblər.

Livanın əl-Məyadin televiziyası çərşənbə gecə bildirib: İsrail rejiminin bu hərbi bazası Qəzzə şəhərinin şərqində yerləşir. 

Bu arada Qəzzədə Fələstin qrupları birgə bəyanatda bildiriblər: Qəzzənin ətrafında sionistlərin 7 hərbi bazası çərşənbə axşamı gecədən çərşənbə günü səhərə qədər bir neçə raketlə atəşə tutulub. Bu hücum İsrail rejiminin Qəzzəyə hücumlarına reaksiya olaraq həyata keçirilib. 

Bəyanatda bildirilir: Müqavimət qrupları bombalamanı bombalama ilə cavablandırma tendensiyasını vurğulayırlar. Sionist rejiminə xalqa və müqavimətə təcavüzkar tendensiyalarını qəbul etdirmək imkanı verilməyəcək. 

Sionist hərbçilər ötən 30 martdan Qəzzə zolağına hücumlarını ikiqat artırıblar. Məqsəd Qəzzə zolağında fələstinli gənclərin dinc yürüşünü hədəfə almaq Fələstin olaylarını yeni mərhələyə daxil edib. Qayıdış Haqqı yürüşü sionist rejim üçün yeni problemə çevrilib. 

Şərh yaz


Məxfi kod
Yenilə