Çərşənbə, 20 June 2018 12:11

Sionist rejim Qəzzəni bombalayıb

Sionist rejim Qəzzəni bombalayıb

Sionist rejimin hərbi təyyarələri bu gün səhər Qəzzə zolağını bombalayıblar.

Fələstinli qaynaqlar bildiriblər ki, sionist rejim hərbi təyyarələri Qəzzənin cənubunda Rəfəhdə Fələstin Müqavimət Hərəkatının mövqelərini bombalayıblar. 

Hələlik bu hücumun insan tələfatı və maddi ziyanları barədə məlumat yayılmayıb. 

Fələstin İslami Müqvimət Hərəkatı qüvvələri isə bu hücumlara cavab olaraq sionist sakinli qəsəbələri hədəfə alıblar. 

Sionist rejim dekabrdan bəri Qəzzə zolağına növbəti hava hücumlarına start verib. 

Sionist rejim hərbçilərinin Qəzzə zolağına qarşı hücumlarında indiyədək minlərlə fələstinli şəhid olub və yaralanıb. 

Qəzzə zolağı 2006-cı ildən bəri sionist rejimin quru, hava və dəniz mühasirəsindədir və sakinləri çoxlu problemlərlə üz-üzədir. 

Şərh yaz


Məxfi kod
Yenilə