Şənbə, 16 June 2018 12:54

ABŞ-ın Fələstin xalqına qarşı fitnədə acizliyi

ABŞ-ın Fələstin xalqına qarşı fitnədə acizliyi

Həmas-ın siyasi bürosunun sədri: Fələstin xalqına dəstək qətnaməsi Amerikanın dünya ictimaiyyətini Fələstin xalqına qarşı siyasətləri ilə yanaşı etmək sahəsindəki acizliyini sübut etdi.

Həmas-ın siyasi bürosunun sədri İsmayıl Hənyə Amerikanın BMT Baş Assambleyasında Fələstin müqavimət qruplarına qarşı qətnamənin qəbul olunmasında nakam qalmasına toxunaraq, vurğulayıb: Fələstin xalqına dəstək qətnaməsi Amerikanın dünya ictimaiyyətini özünün Fələstin xalqına qarşı xaotik siyasətləri ilə yanaşı etmək sahəsindəki acizliyini sübut etdi.

O, səadətli Fitr bayramı münasibətilə etdiyi çıxışında əlavə edib: Ümid edirəm ki, bu bayram ümmət arasındakı təfriqə və çoxdəstəliliyin vəhdətə çevrilməsinə və onların özlərinin bütün səy və bacarıqlarını Fələstinin azad edilməsi, həmçinin sivilizasiya, cihad və şəhadət ümməti olan bu ümmətin yeri, ləyaqəti, eləcə də Qüds və Məsciduləqsaya dəstək üçün işlətmələrinə səbəb olacaq.

Mən bu bayram münasibətilə bu il Qəzzə zolağının mühasirəsini sındırmaq və böyük "Qayıdış günü" aksiyasında iştirak etmək təşəbbüsünə görə, Qəzzənin sakinlərini xüsusilə təbrik edirəm. Bu yürüşlər bu xalqın fəallığından və mübarək Fələstin torpaqlarının daxilində İslam ümmətinin möhkəm prinsiplərinə dəstəkdən xəbər verir.

Şərh yaz


Məxfi kod
Yenilə