Çərşənbə, 13 June 2018 19:29

Sionistlər fələstinlilərin düşərgəsinə hücum ediblər

Sionistlər fələstinlilərin düşərgəsinə hücum ediblər

Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilində Ramullah şəhərində Əl-Əməri düşərgəsinə vəhşicəsinə hücumundan sonra sionistlərlə fələstinlilər arasında şiddətli toqquşma baş verib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, sionist hərbçilərlə fələstinlilər arasında geniş toqquşmalardan sonra sionist hərbçilər hərbi mərmidən və gözyaşardıcı qazdan istifadə ediblər və bu 5 fələstinlinin yaralanması ilə nəticələnib. 

Digər tərəfdən Yədiot Aharonet qəzeti yazıb: Fələstinlilərin yanar balonlar və çərpələnglərinin uçuşundan sonra ətraf ərazilərdə sionist qəsəbələrin bağları və tarlalarında 15 yanğın hadisəsi baş verib. 

Fələstinlilərin yanar çərpələngləri qarşısında acizlik sionist rejim başçılarını qəzəbləndirib. 

Başqa məlumata görə, sionist "yəhudi evi" partiyasının başçısı və sionist rejimin təhsil naziri Neftalı Bent dağıdılmış mənzillərin yerində sionist qəsəbənin inşa edilməsi məqsədi ilə bir layihənin qəbul edildiyini bildirib və iddia edib ki, İordan çayının qərb sahili yaxın gələcəkdə İsrailin bir hissəsi olacaq. 

Sionist rejim fələstin ərazilərində sionist qəsəbə inşa etməklə bu bölgələrdə etnik tərkibi sionistlərin xeyirinə dəyişmək istəyir.  

Şərh yaz


Məxfi kod
Yenilə