Bazar, 10 June 2018 10:17

Həniyyə: Qayıdış haqqı yürüşü müqavimətin strategiyasının qələbəsidir

Həniyyə: Qayıdış haqqı yürüşü müqavimətin strategiyasının qələbəsidir

Fələstinin Həmas hərəkatının siyasi bürosunun sədri fələstinlilərin qayıdış haqqı yürüşünü sionist rejimlə saziş siyasəti qarşısında müqavimət strategiyasının qələbəsi adlandırıb.

İsmayıl Həniyyə dünən axşam Qəzzədə Ümumdünya Qüds günü aksiyaları şəhidlərindən birinin dəfn mərasimində əlavə edib: Didərginlərin qayıdış haqqının müdafiəsi və Qəzzənin mühasirəsinin sındırılması aksiyası xalqımızın iradəsinin qələbəsi və müqavimət strategiyasıdır.

Həniyyə əlavə edib: Fələstin xalqının rəşadəti ilə bu gün Fələstin məsələsi beynəlxalq hadisələrin önündə durur. Belə ki, BMT-nin Təhlükəsizlik Şurası ötən bir ayda onun barəsində bir neçə dəfə iclas keçirib. BMT-nin Baş Assambleyası da on bir il mühasirədə olan Qəzzənin durumunu araşdırmaq üçün çərşənbə günü iclas keçirməlidir.

Minlərlə fələstinli "Yer günü"nün 42-ci ildönümündən, yəni martın otuzundan bəri hər cümə keçirilən "Qayıdış haqqı" aksiyalarında iştirak edib. Bu aksiyalarda 120-dən çox fələstinli şəhid olub, 13 mindən çox fələstinli də yaralanıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə