Cümə, 08 June 2018 23:12

Qəzzədə Qüds Günü yürüşündə 386 fələstinli yaralanıb

Qəzzədə Qüds Günü yürüşündə 386 fələstinli yaralanıb

Fələstinin Səhiyyə Nazirliyi bildirib: Ümumdünya Qüds Günündə Qayıdış Haqqı yürüşündə yaralıların sayı indiyədək 386 nəfərə çatıb.

Livanın əl-Məyadin televiziyasının məlumatına görə, bu gün cümə, Qəzzənin şərqində Ümumdünya Qüds Günündə Qayıdış Haqqı yürüşünün başlanması ilə sionist hərbçilər döyüş güllələri və gözyaşardıcı qazlardan iştirakçılara qarşı istifadə ediblər.

Əl-Əqsa televiziyası da sionist hərbçilər və fələstinlilər arasında qarşıdurmaların kadrlarını yayımlayaraq bildirib: Fələstinlilər Rəfəhin şərqində etirazçılara qarşı gözyaşardıcı qaz atan işğalçı hərbçilərə məxsus Pilotsuz Uçan Aparatlardan birini vurub, sionist snayperlərin görməsinə mane olmaq üçün şinləri yandırıblar.

Əl-Əqsa həmçinin Qəzzə zolağının şərqində fələstinlilərin yanar balonları havaya buraxması nəticəsində sionist rejimə məxsus 4 mövqedə yanğının baş verdiyini bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə