Çərşənbə axşamı, 22 May 2018 14:01

Sionist rejim Qəzzə zolağına ağır artilleriya ilə hücum edib

Sionist rejim Qəzzə zolağına ağır artilleriya ilə hücum edib

Sionist rejim ordusu bu gün Qəzzə zolağının əl-Bric düşərgəsinin şərqində Fələstin müqavimət qüvvələrinin mövqelərini ağır artilleriya ilə atəşə tutub.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, İsrail rejimi qüvvələri həmçinin əl-Bricin şərqində əl-Oudə düşərgəsi yaxınlığında bir neçə məkanı güllə-baran ediblər.

Sionist rejim ordusu öz cinayətlərini əsaslandırmaq üçün iddia edib ki, bir qrup fələstinli gəncin Qəzzə zolağı sərhədini keçməsi və İsrailə daxil olmasından sonra atəş açılıb.

Sionist rejim ordusu hərbçiləri həmçinin ötən gecə Qüds, əl-Xəlil və Ramullah şəhərlərinəh ücum edərək 11 fələstinlini əsir götürüblər.

Sionist hərbçilər hər gün müxtəlif bəhanələrlə İordan çayının qərb sahili və Qüdsdə fələstinlilərin mənzillərinə basqın edirlər.

Rəsmi statistikalara görə, İsrail rejimi həbsxanalarında 300-ü uşaq olmaqla azı 65- fələstinli məhbusdur.

Şərh yaz


Məxfi kod
Yenilə