Çərşənbə axşamı, 15 May 2018 12:10

Fələstində "Fəlakət Günü" aksiyaları

Fələstində "Fəlakət Günü" aksiyaları

Bu gün Qəzzə Zolağı, İordan çayının qərb sahili və Qüds Fələstinin işğal edilməsinin ildönümü günü münasibətilə habelə, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə etiraz olaraq geniş aksiyaların şahidi olub.

ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə  köçürülməsinə etiraz olaraq Qüds, Qərb sahili və Qəzzə zolağında tətil aksiyaları keçirilib. Belə ki, dövlət idarələri, səhiyyə mərkəzləri və təhsil ocaqları bu gün "Qayıdış və Mühasirənin Yarılması Yürüşlərinin Milli Heyəti"nin dəvəti əsasında tətil elan ediblər.

Fələstin xalqı Qüds, Qərb sahili və Qəzzə zolağında geniş etiraz aksiyalarına başlayıb. Daxil olan məlumatlara görə, indiə kimi 20 fələstinli şəhid olub.

Sionistlər Qəzzə ilə sərhədlərə su buraxaraq, fələstinlilərin işğal edilmiş Fələstin ərazilərinə  yaxınlaşmasını önləməyə çalışıblar. Həmçinin, İsrail ordusu "Qayıdış Haqqı" yürüşləri zamanı fələstinlilər tərəfindən qurulan çadırları yandırıb.

Fələstinin Qırmızı Aypara Cəmiyyəti bu ana qədər Qəzzə zolağında 28 fələstinlinin yaralandığını bildirib. Yaralılardan 22-si güllə yarası alıb.

Şərh yaz


Məxfi kod
Yenilə