Bazar, 13 May 2018 12:58

Qəzzədə bir fələstinli gənc şəhid olub

Qəzzədə bir fələstinli gənc şəhid olub

Fələstinlilərin böyük "Qayıdış Haqqı" yürüşlərinin yeddinci cüməsində İsrail hərbçilərinin atəş açması nəticəsində güllə yarası almış bir fələstinli gənc şənbə günü gecə yaralarının ağırlığı üzündən həyatını itirib.

İRNA-nın məlumatına görə, 15 yaşlı Camal Əqanə cümə günü Qəzzə zolağının cənubunda baş nahiyəsindən güllə yarası almışdı. 

Fələstinlilərin böyük "Qayıdış Haqqı" yürüşlərinə 30 mart "Torpaq Günü"ndən etibarən start verilib. 

30 mart tarixindən indiyə kimi "Qayıdış Haqqı" yürüşlərində 55 fələstinli İsrail hərbçiləri tərəfindən vurularaq, öldürülüb, 9000 nəfər isə yaralanıb. 

Şərh yaz


Məxfi kod
Yenilə