Çərşənbə, 09 May 2018 13:40

İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn Trampın qərarını dəstəkləyiblər

İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn Trampın qərarını dəstəkləyiblər

Dünya ölkələrinin ABŞ prezidentinin nüvə sazişindən çıxmasına qarşı tənqidləri ilə eyni zamanda sionist rejim, Səudiyyə Ərəbistanı və Bəhreyn bu qərarı dəstəklədiklərini bildiriblər.

İRNA-nın verdiyi məlumata görə, sionist rejimin ardınca Səudiyyə Ərəbistanı və Bəhreyn də bildiriblər ki, ABŞ prezidentini İranla nüvə sazişindən çıxması qərarında dəstəkləyirlər. 

Amerikanın hərbi və siyasi dəstəyi ilə və Vaşinqton və sionist rejimin mənafelərinin təmini istiqamətində bir neçə ildir ki Suriya, İraq və Yəmənə qarşı militarist siyasətlər yeridən Səudiyyə Ərəbistanı dünən gecə bir bəyanatda Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından(ƏMTP) çıxması eləcə də İrana qarşı yenidən sanksiyalar tətbiq etməsini dəstəkləyib. 

Son illər ərzində Amerikanın dəstəyi ilə şiələrə divan tutan Bəhreyn rejimi də bildirib ki, bu ölkə Vaşinqtonun nüvə sazişindən çıxması və İrana qarşı sanksiyaları şiddətləndirməsi qərarını himayə edir. 

Səudiyyə Ərəbistanı və Bəhreyndən öncə sionist rejimin baş naziri Benyamin Netanyahu da Trampın qərarına dəstək vermişdi.

Şərh yaz


Məxfi kod
Yenilə