Çərşənbə axşamı, 08 May 2018 19:28

Fələstinli gənclər sionist rejimin hərbi qülləsinə hücum ediblər

Fələstinli gənclər sionist rejimin hərbi qülləsinə hücum ediblər

Fələstinli mübarizlərdən ibarət bir qrup İordan çayının qərb sahilində Qəlqiliya şəhərində sionist rejimin bir hərbi qülləsinə hücum edərən onu yandırıb.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, fələstinli gənclərdən ibarət bir qrup dünən gecə Qəlqiliyanın Əzun qəsəbəsində sionist rejimin bir hərbi qülləsinə hücum edib, qülləyə əldə hazırlanmış yandırıcı bomba ataraq onu yandırıb. 

Bu hadisədən sonra sionist işğalçılar Qəlqiliyanı mühasirəyə alıblar və qəsəbənin girişində yoxlama-buraxılış məntəqələri yaradıblar. 

Eyni zamanda fələstinli gənclər bu gün səhər Qəzzə sərhəddində bir neçə çərpələngi odlayaraq havalandırıblar. 

Sionist Yədiut Aharonet qəzeti bildirib ki, bu çərpələnglərin qəzzənin yaxınlığındakı qəsəbələrə düşməsi nəticəsində 6 yanğın halı baş verib. 

Şərh yaz


Məxfi kod
Yenilə