Şənbə, 28 iyul 2012 10:27

Fələstin Baş naziri Misir prezidenti ilə görüşdü

Fələstin Baş naziri Misir prezidenti ilə görüşdü

İsmayıl Haniyyə dünən bundan əlavə Misir kəşfiyyat rəhbəri ilə də görüşüb

"İRİB"in verdiyi məlumata görə, Fələstinin baş naziri İsmayıl Haniyyə, Qahirədə Misir prezidenti Məhəmməd Mursi ilə görüşüb. Görüşdə Fələstinlə viza rejiminin ləğv edilməsi və digər məslələr müzakirə edilib.

Məhəmməd Mursinin sözcüsü Yasir Əli mövzuyla əlaqədar verdiyi açıqlamada bildirib ki, dünən axşam Qahirədə baş tutan görüşdə, iki lider, Qəzza blokadası, Rəfah sərhəd-keçid məntəqəsinin daimi açılması, fələstinlilərin rahat şəkildə Misirə keçmələri, Fələstin xalqının hüquqlarının qorunması və paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması mövzusunu müzakirə ediblər.

İsmayıl Haniyyə dünən bundan əlavə Misir kəşfiyyat rəhbəri ilə də görüşüb. (faktxeber)

Şərh yaz


Məxfi kod
Yenilə