Şənbə, 03 Mart 2018 15:51

Hiddət günündə yüzdən çox fələstinli yaralanıb

Hiddət günündə yüzdən çox fələstinli yaralanıb

Fələstinlilərin işğal olunmuş qərb sahilində və Qəzzə zolağında keçirdikləri Amerikaya və sionist rejimə qarşı aksiyalarında sionist qüvvələr fələstinli aksiyaçılarla kobud şəkildə toqquşublar.

Dünən qərb sahilində baş vermiş toqquşmalarda 87, Qəzzə zolağındakı toqquşmalarda isə on beş fələstinli yaralanıb. Sionist qüvvələr müxtəlif məntəqələrdə fələstinli aksiyaçılara qarşı hərbi və rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər. Aksiyaçılar ABŞ-ın işğal olunmuş Qüdsü sionist rejimin paytaxtı kimi tanımaq və Amerika səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək barədəki qərarına qarşı hiddət ifadə ediblər. ABŞ prezidenti Donald Trampın bu qərarı elan etdiyi ötən milad ili dekabrın altısından bəri sionist qüvvələrlə müxtəlif toqquşmalarda 28 fələstinli öldürülübdür.

Şərh yaz


Məxfi kod
Yenilə