Cümə, 02 Mart 2018 21:48

Fevralda 9 fələstinli şəhid olub

Fevralda 9 fələstinli şəhid olub

2018-ci ilin fevral ayında sionist rejim hərbçilərinin hücumunda 9 fələstinli şəhid olub.

Əl-Aləm televiziyasının Ər-Rəy agentliyinə istinadla verdiyi məlumata görə, Qüds İntifazəsi Statistika Mərkəzinin məlumatlarına əsasən, ötən fevral ayında Fələstinin müxtəlif bölgələrində 548 fələstinli sionist hərbçilər tərəfindən yaralanıb.

Qüds İntifazəsi Statistika Mərkəzi əlavə edib: Fevralda fələstinlilər sionistlər əleyhinə 21 əməliyyat keçirib və bir sionist öldürülüb. Həmçinin bu ayda sionist rejim hərbçiləri 33 dəfə əkinçilərə və balıqçılara atəş açıblar.

Bu arada sionist rejim ötən ayda İordan çayının qərb sahilində, Qüds və Qəzzədə 349 fələstinlini saxlayıb. Onların 62 nəfəri uşaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə