Çərşənbə axşamı, 27 Fevral 2018 13:09

Sionist hərbçilər İordan çayının qərb sahilinə basqın ediblər

Sionist hərbçilər İordan çayının qərb sahilinə basqın ediblər

Sionist rejim hərbçiləri öz düşmənçiliklərinin davamında İordan çayını qərb sahilində müxtəlif bölgələrə hücum ediblər.

Əl-Aləm televiziyasının məlumatına görə, fələstinli dairələr bildiriblər: İşğalçı sionist qüvvələri ötən gecə İordan çayının qərb sahilində Beyt-Ləhmin qərbində əl-Xizr qəsəbəsinə hücum edərək fələstinli gənc Yusif Əbu əl-Həvanı həbs ediblər. 

Sionist rejim hərbçiləri həmçinin İordan çayının qərb sahilində başqa bölgələrə hücum edərək 12 fələstinlini ittihamı elan olunmadan həbs ediblər. 

Bu hücum sionistlərlə fələstinlilər arasında güclü qarşıdurmaya səbəb olub. 

Sionistlər öz ekspansionist məqsədlərini əldə etmək və fələstinlilər arasında qorxu yaratmaq və intifazənin davam etməsinin qarşısını almaq üçün gündəlik Fələstinin müxtəlif bölgələrinə hücum edir və fələstinliləri həbs edirlər. 

Fələstinin Əz-Zəmir insan haqları qrupunun hesablamalarına görə, təxminən 7 min fələstinli sionist rejim həbsxanalarında ağır şəraitdə dustaqdır. 

Şərh yaz


Məxfi kod
Yenilə