Çərşənbə, 21 Fevral 2018 19:03

Quterreş müstəqil Fələstin dövlətinin yaradılmasını vurğulayıb

Quterreş müstəqil Fələstin dövlətinin yaradılmasını vurğulayıb

Birləşmiş Millətlər Təşkilatının baş katibi dünən bildirib ki, o müstəqil Fələstin ölkəsinin yaradılmasına dair həll yoluna sadiqdir.

İRİB-in verdiyi məlumata görə, Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının Fələstin barədə keçirilən iclasında təmsil etdiyi təşkilatın Fələstin məsələsinə iki dövlət yolu ilə son qoyulmasına dayir səylərə sadiq qaldığını deyib və başqa heç bir yolun olmadığını vurğulayıb. 

BMT baş katibi müstəqil Fələstin ölkəsinin yaradılmasına dair həll yolunun əldə olunması üçün beynəlxalq razılaşmanın zəif olması barədə xəbərdarlıq edərək Qəzzə zolağında fələstinlilərin acınacaqlı durumundan nigaran qaldığını deyib. 

Şərh yaz


Məxfi kod
Yenilə