Çərşənbə, 21 Fevral 2018 15:08

Fələstinli əsirlər beynəlxalq ictimaiyyətə müraciət ediblər

Fələstinli əsirlər beynəlxalq ictimaiyyətə müraciət ediblər

Mühakimə olunmadan sionist rejim məhbəslərində saxlanılan fələstinli əsirlər bir bəyanat yayaraq Fələstin xalqı və beynəlxalq ictimaiyyəti onların həbsinə son qoymağa çağırıblar.

Əl-Əhd xəbər portalının verdiyi məlumata görə, fələstinli əsirlər dünən bir bəyanat yayaraq Qüdsü işğal edən rejim qarşısında müqavimətin davam etdirilməsini vurğulayaraq bildiriblər ki, mühakiməsiz olaraq sionist rejim həbsxanalarında saxlanılan bütün əsirlər yeni mərhələyə daxil olurlar. 

Bəyanatda sionist rejimin zülmlərinə işarə olunaraq deyilir: sionist rejim mühakiməsiz həbs müddətini dəfələrlə uzadır və bir çox fələstinli əsirlər 5-15 ildir ki onlara qarşı heç bir ittiham olmadan həbsdədirlər. 

Bəyanatda Fələstin xalqı və qurumları, bütün müsəlman qurumlar və mediyalar, dünyanın azad mediyaları fələstinli əsirləri dəstək üçün təşəbbüslər həyata keçirməyə çağırılır. 

Əsirlər Fələstin muxtariyyətinin başçısı Mahmud Abbası əsirlər mövzusunu beynəlxalq təşkilatlar və Beynəlxalq Cəza Məhkəməsində qaldırmağa çağırıblar. 

Hal-hazırda sionist rejimin 22 həbsxanasında 7 min fələstinli əsir saxlanılır. Həmin əsirlərə 63 qadın və qız, 250 uşaq və 12 fələstinli millət vəkili daxildir. 

Şərh yaz


Məxfi kod
Yenilə