Çərşənbə, 21 Fevral 2018 13:50

Çin müstəqil Fələstin ölkəsinin yaradılmasını dəstəkləyib

Çin müstəqil Fələstin ölkəsinin yaradılmasını dəstəkləyib

Çinin BMT-dəki daimi nümayəndəsi Ma Jauşo Təhlükəsizlik Şurasının Fələsitn mövzusunda keçirilən iclasında ölkəsinin müstəqil Fələstin ölkəsinin yaradılmasına dəstək verdiyini bildirib və deyib: Biz fələstinlilərin müstəqil ölkəyə malik olmaq haqqını dəstəkləyirik.

İRNA-nın verdiyi məlumata görə, Ma Jauşo BMT TŞ iclasında etdiyi çıxışında beynəlxalq ictimaiyyətin Fələstin məsələsindəki konstruktiv roluna işarə edərək deyib: Beynəlxalq ictimaiyyət BMT TŞ-də Fələstin barədə qəbul olunmuş qətnamələrin icrası üçün təşəbbüs göstəməlidir. 

Çinin nümayəndəsi Amerikanın yardımlarının kəsilməsinə görə fələstinli didərginlərə yardım prossesində yaranmış problemlərə də toxunaraq deyib: Çin dövləti hamını Fələstinli didərginlərə yardım və onların işlə təmin olunması üzrə agentliyə(ANRUA) yardım etməyə çağırır. 

Şərh yaz


Məxfi kod
Yenilə