Çərşənbə, 14 Fevral 2018 20:08

Sionist qəsəbə sakinləri Məscidül-Əqsaya hücum ediblər

Sionist qəsəbə sakinləri Məscidül-Əqsaya hücum ediblər

100-dən çox sionist qəsəbə sakini bir daha Məscidül-Əqsaya hücum ediblər.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, sionist qəsəbə sakinləri bu gün Məscidül-Əqsanın həyətinnə daxil olduqdan sonra anti-islam şüarlar səsləndiriblər. Sionist qəsəbə sakinlərinin Məscidül-Əqsaya girişi sionist rejim hərbçilərinin yaşıl çırağı ilə həyata keçib.

Məscidül-Əqsa Beytül-Müqəddəsin islam-Fələstin mentalitetinin simvolu olaraq daima sionist rejimin təxribatçı əməliyyatlarının hədəfində olur. Bu müqəddəs məkan sionist hərbçilər və qəsəbə sakinlərinin cövlangahına çevrilib.

Sionist hərbçilər və qəsəbə sakinləri bu gün həmçinin İordan çayının qərb sahilində fələstinlilərə hücum edərək 18 fələstinlini həbs ediblər.

30 sionist qəsəbə sakini də Nablosda Əsirə kəndində fələstinlilərin evlərinə soxulublar.

Şərh yaz


Məxfi kod
Yenilə