Şənbə, 20 Yanvar 2018 20:09

İsrailli jurnalist: MOSSAD 3000 nəfəri terror edib

İsrailli jurnalist: MOSSAD 3000 nəfəri terror edib

İsrailli jurnalist və yazar araşdırmalarına əsasən İsrailin casusluq təşkilatı MOSSAD-ın indiyə kimi 3 mindən çox insanı terror etdiyini bildirib.

İRNA-nın məlumatına görə, Almaniyada çıxan Şpigel həftəliyi şənbə günü israilli jurnalist Ronen Bergmana istinadla yazıb: Araşdırmalara əsasən minimum 3 min nəfər MOSSAD tərəfindən terror edilib. Terror edilənlər arasında çoxlu sayda günahsız insan olub. Bu insanlar terror əməliyyatı zamanı hadisə  yerində olduqlarına görə öldürülüblər.

Bergmanın dediyinə görə, fələstinlilərin ikinci intifazəsi zamanı hər gün orta hesabla 4-5 fələstinlinin məqsədyönlü şəkildə terror edilməsi barədə göstəriş verilirmiş Bu şəxslər əsasən Fələstini İlsami Müqavimət Hərəkatı HƏMAS-ın üzvləri arasından seçilirmişlər.

İsrailli jurnalist həmçinin öz araşdırmaları zamanı MOSSAD-ın onlarla əməkdaşı o cümlədən bu casusluq təşkilatının sabiq başçılarından olan 6 nəfər və İhud Barak, İhud Olmert və Benyamin Netanyahu daxil olmaqla İsrailin 6 baş naziri ilə müsahibələrə malik olduğunu deyib.

MOSSAD-ın şefi Yossi Kohen son zamanlar başçılıq etdiyi təşkilatın hər il minlərlə əməliyyat həyata keçirdiyini və bəzi əməliyyatların xarici ölkələrdə həyata kçirildiyini etiraf edib.

İsrailin casusluq təşkilatı ötən 30 ildə 11 ölkədə həyata keçirdiyi 14 terror əməliyyatında , Fələstinin 16 rəhbər üzvünü terror edib. İranda nüvə alimlərinin terror edilməsində də İsrailin casusluq təşkilatı birbaşa rola malik olub.

Şərh yaz


Məxfi kod
Yenilə