Şənbə, 13 Yanvar 2018 10:45

BMT Fələstindəki toqquşmalardan nigarandır

BMT Fələstindəki toqquşmalardan nigarandır

Birləşmiş Millətlər Təşkilatının Orta şərq məntəqəsi üzrə xüsusi koordinatoru Fələstin ərazilərində sionist rejim hərbçiləri ilə fələstinlilər arasında toqquşmaların artmasından nigaran qaldığını bildirib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə Nikolay Mladenov dünən Tvitter səhifəsində yazıb: Fələstinlilər ilə israilli hərbçilər arasında İordan çayının qərb sahili və Qəzzə zolağında toqquşmaların davam etməsi nigaran edicidir və regionda zorakılıq hallarının armasına səbəb olur. 

Mlandenov deyib: Fələstinli və israilli başçılar vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaran bəyanatlar və təşəbbüslərdən çəkinməlidirlər. 

BMT rəsmisinin fələstinlilər və sionistləri təmkinli olmağa çağırması elə bir şəraitdədir ki, dünən iki fələstinli gənc Nablos şəhərində və Qəzzə zolağında sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub. 

Fələstinin bir çox şəhərləri xalq etirazları və sionist hərbçilərlə toqquşmalar səhnəsidir. Bu etirazlar ABŞ prezidenti Donald Trampın ötən ay Qüdsü sionist rejimin paytaxtı tanıması qərarına qarşı həyata keçirilir. 

Şərh yaz


Məxfi kod
Yenilə