Cümə axşamı, 14 Dekabr 2017 10:48

Netanyahu: İslam ölkələrinin bəyannaməsinin təsiri altına düşməyəcəyik

Netanyahu: İslam ölkələrinin bəyannaməsinin təsiri altına düşməyəcəyik

Sionist İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü deyib: Qüdsün Fələstin dövlətinin paytaxtı olaraq rəsmən tanınmasını tələb edən islam ölkələrinin bəyannaməsi onu və israilliləri təsir altına sala blməz.

ABŞ prezidenti Donald Tramp ötən çərşənbə günü Qüdsü saxta İsrail rejiminin paytaxtı elan etdi. Bu hərəkət irimiqyaslı ictimai etirazlar, dövlət başçıları və beynəlxalq dairələrin reaksiaylarına səbəb olub. 

İRİB-in məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatına üzv 48 ölkə ABŞ prezidentinin Beytül-Müqəddəsi sionist rejimin paytaxtı kimi elan olunmasına dair qərarına reaksiyada çərşənbə günü Türkiyənin İstanbul şəhərində bu təşkilata üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında bildirib ki, beynəlxalq ictimaiyyət də Şərqi Qüdsü Fələstin dövlətinin işğal olunmuş paytaxtı kimi rəsmən tanımalıdır. 

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammitinin bəyanatında bildirilir: BMT Təhlükəsizlik Şurası Donald Trampın Qüdslə bağlı qərarı haqda addım atmayacağı təqdirdə, bu iş BMT-nin Baş Assambleyasına göndəriləcək. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani də çərşənbə günü İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının fövqəladə zirvə toplantısında ABŞ-ın Qüds haqda qeyri-düzgün qərarı ilə mübarizə aparmaq üçün islam dünyasına 7 təklif təqdim edərək deyib: ABŞ sadəcə sionistlərin maksimum mənafeyi üçün çalışır və fələstinlilərin qanuni tələblərinə hörmət bəsləmir. 

Şərh yaz


Məxfi kod
Yenilə