Çərşənbə, 13 Sentyabr 2017 14:24

BMT İsrailin Fələstindəki işğalçılıq siyasəti ilə bağlı tənqid xarakterli hesabat yayıb

BMT İsrailin Fələstindəki işğalçılıq siyasəti ilə bağlı tənqid xarakterli hesabat yayıb

BMT İsrailin Fələstin torpaqlarındakı 60 illik işğalçılığını qınayıb.

Raşa Tudey informasiya agentliyinin verdiyi məlumata görə, BMT-nin ticarət və inkişaf üzrə növbəti konfransının h esabatında İordan çayının qərb sahilinin və Şərqi Qüdsün İsrail tərəfindən işğal edilməsii kəskin formada tənqid edilib və İsrailin Fələstin ərazilərində qanunsuz şəkildə yaşayış məntəqələri salması Fələstinin inkişafı yolunda ciddi maneə adlandırılıb.

BMT-nin ticarət və inkişaf konfransının hesabatında deyilir: İsrail hələ də öz qanunlarını fələstinlilərə qəbul etdirməyə çalışır və belə bir şəraitdə Fələstin və İsrail arasındakı ixtilafların həll edilməsi üçün çıxış yolunun tapılmasına ümidvar olmaq yerinə, işğalçılıq fakti daha da genişlənib. Bu da fələstinlilərin onsuz da ağır olan ictimai və iqtisadi durumunu daha da ağırlaşdırıb.

Hesabatda həmçinin deyilir: İsrail 1967-ci ildən bəri davamlı olaraq fələstinlilərin insan potensialını zəiflətməyə çalışaraq, inkişaf haqqını onların əlindən almağa çalışır.

Bu hesabat BMT Təhlükəsizlik Şurasının 2016-cı ildə qəbul etdiyi qətnaməyə işarə edərək, İsrailin Fələstin ərazilərində yaşayış massivləri salmasını qeyri qanuni və beynəlxalq qanunların aşkar formada pozulması adlandırıb. BMT TŞ-nin qətnaməsində İsraildən işğal edilmiş ərazilərdə qanunsuz yaşayış massivlərinin salınması siyasətini durdurması istənilir.

Hesabatın davamında deyilir: 2016-cı ildə qanunsuz şəkildə salınan sionist qəsəbələrin həcmi 2015-ci il ilə müqayisədə 40% daha çox olub. Bu isə fələstinlilərə məxsus 1094 tikilinin dağıdılmasına və 1600 fələstinlinin evsiz qalmasına səbəb olub.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎