Cümə, 11 Avqust 2017 23:14

Sionist qəsəbə sakinlərinin növbəti cinayəti

Sionist qəsəbə sakinlərinin növbəti cinayəti

Sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı cinayətlərinin davamında bir qəsəbə sakini dünən idarə etdiyi avtomobillə Beytül-Müqəddəsin Səlvan məhəlləsində bir neçə uşağı basıb.

Livanın Əl-Məyadin telekanalı fələstinli qaynaqlara istinadən bildirib ki, bu hadisədə 4 fələstinli uşaq bədən xəsarəti alıb və sionist qəsəbə sakini də qəza törətdikdən sonra aradan çıxıb. 

Sionist qəsəbə sakinləri sionist hərbçilərin dəstəyi ilə demək olar ki, hər gün Fələstini ərazilərinə hücum edərək fələstinliləri döyür, onların ərazilərini dağıdır və fələstinliləri köçürtməklə onların torpaqlarını müsadirə etməyi planlaşdırırlar. 

Şərh yaz


Məxfi kod
Yenilə