Çərşənbə, 17 May 2017 21:00

Sionistlərin fələstinli düşərgələrinə basqını

Sionistlərin fələstinli düşərgələrinə basqını

Sionist hərbçilər qərb sahilində yerləşən fələstinli Cənin və Əskərulcədid düşərgərlərinə hücum ediblər.

Sionist hərbçilər bu gün qərb sahilində yerləşən Cənin düşərgəsindəki fələstinlilərə qarşı gözyaşardıcı qaz işlədərək, iki fələstinli gənci yaralayıblar.

Sionist hərbçilər həmçinin Nablusun şərqində yerləşən Əskərulcədid düşərgəsinə basqın edərək, bir fələstinlini güllə ilə yaralayıblar.

Livanın Ələhd vebsaytı da Ramullah şəhərinin şərqində yerləşən Silvad şəhərində fələstinli gənclərlə sionist hərbçilər arasında toqquşmanın baş verməsindən xəbər verib.

Digər tərəfdən, sionist hərbçilər qərb sahilində yerləşən Əlzubabdə şəhərciyinə basqın edib, fələstinlilərin evlərində axtarışlar keçirərək, dörd fələstinli gənci həbs ediblər.

Sionist hərbçilər hər gün müxtəlif bəhanələrlə fələstinlilərin qərb sahilində yerləşən mənzilləri və evlərinə basqınlar keçirir və fələstinli yeniyetmə və gəncləri həbs edirlər. Hazırda sionist rejim məhbəslərində 7 mindən çox fələstinli qeyri-münasib şəraitdə saxlanılır.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎