Çərşənbə, 17 May 2017 20:58

Aclıq keçirən fələstinli əsirlərin ailələri BMT-nin susmasına reaksiya veriblər

Aclıq keçirən fələstinli əsirlərin ailələri BMT-nin susmasına reaksiya veriblər

Aclıq keçirən fələstinli əsirlərin ailələri BMT-nin bu aksiya qarşısında susmasına etiraz edərək, həmin təşkilatın Ramullahdakı ofisini bağlayıblar.

Təqribən 1700 fələstinli əsir sionist işğalçılar tərəfindən sanitariyaya və səhiyyə hallarına laqeydliyin edilməsi, ailələrlə görüşün qadağan olunması, fərdi kameralar və idarə həbsləri üzrə davamlı siyasətlərin yeridilməsinə etiraz olaraq, aprelin 17-dən bəri aclıq aksiyası keçirir.

Aclıq keçirən fələstinli əsirlərin ailələrindən və onların himayədarlarından onlarla nəfər bu gün BMT-nin Ramullahdakı ofisinin girəcəyi qarşısında piket keçirərək, onun işçilərinin bu binaya daxil olmalarına mane olubdur.

Aclıq keçirən fələstinli əsirlərin ailələri əllərində aclıq keçirən əsirlərin şəkillərini daşıyaraq, BMT-nin Ramullahdakı ofisinin girəcəyi qarşısında piket keçiriblər. Onlar öz şüarlarında bu əsirlərə dəstək verərək, BMT-nin sükutuna etiraz ediblər. 

BMT-nin Ramullahdakı ofisinin girəcəyi qarşısında piket keçirən aksiyaçılar BMT başçılarından istəyiblər ki, fələstinli əsirlər məsələsinin araşdırılması və onların tələblərinə baxılması üçün fövqəladə iclas keçirsinlər. Həmçinin sionist rejimin insan haqlarını pozması hallarına baxaraq, bu işğalçı rejimin fələstinli əsirlər ilə bağlı cinayətləri barədə bir təhqiqat komitəsi təşkil etsinlər.

Şərh yaz


Məxfi kod
Yenilə

haci-cavad-mescidinin-qarsisina-dindarlar-toplasib-saxlanilanlar-var-foto-0z7l9v0x.JPG