Bazar ertəsi, 13 iyul 2015 10:18

Fələstinlilərin həbsi davam edir

Fələstinlilərin həbsi davam edir

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində bir qrup fələstinlini həbs ediblər.

İordaniyanın rəsmi Petra xəbər agentliyinin məlumatına görə, Fələstin Daxili İşlər Nazirliyi bir bəyanatda bildirib ki, sionist rejim hərbçiləri İordan çayının qərb sahilindəki Nablus, Əlxəlil, Beyt Ləhm və Qəlqiliya şəhərlərinə basqın və doqquz fələstinlini həbs ediblər.
Hazırda təqribən yeddi min fələstinli sionist rejimin məhbəslərində həbsdədir və bu rejim müxtəlif fələstinli məntəqələrdə fələstinliləri həbs etməyi davam etdirir.
Həmçinin sionist qəsəbə sakinləri bazar günü Beyt Ləhmin Nəhalin kəndində fələstinlilərin onlarla zeytun ağacını yandırıblar.
Beyt Ləhmdə sionist qəsəbəsalma və ayırıcı divar qarşısında fələstinli müqavimət komitəsinin koordinatoru Həsən Bəriciyyə bir bəyanatda bildirib ki, sionist qəsəbə sakinlərinin zeytun ağaclarını kökündən çıxarmaq və zeytun bağlarını yandırmaq üzrə hərəkətləri öz növündə misli görünməmiş bir hərəkət deyil və buna bənzər hallar keçmişdə də baş veribdir.

Şərh yaz


Məxfi kod
Yenilə