Bazar ertəsi, 13 iyul 2015 09:26

Sionist hərbçilər iki fələstinlini yaralayıblar

Sionist hərbçilər iki fələstinlini yaralayıblar

İki fələstinli Beytulmuqəddəsin şimal-şərqindəki Şəəfat düşərgəsində sionist hərbçilərin atəşləri nəticəsində yaralanıb.

Əlyəum Əlsabə xəbər portalının məlumatına görə, sionist rejim hərbçiləri dünən axşam Şəəfat düşərgəsində baş verən toqquşmada rezin güllələr atıblar. Nəticədə 20 yaşlı Nafiz Əlzəmiri göz və 43 yaşlı Muhəmməd Əldəəbi qarın nahiyəsindən atəşə məruz qalaraq, yaralanıblar.
Bu məlumata görə, toqquşma sionist rejimin xüsusi təyinatlı qüvvələrindən bir bölmənin Şəəfat düşərgəsinə daxil olaraq, bu düşərgədə işləyən qərb sahili sakinlərindən birini həbs etmək istəyərkən baş verib.

Şərh yaz


Məxfi kod
Yenilə