Şənbə, 15 Yanvar 2022 14:35

S.Zas: Qazaxıstanda hələlik normallaşma yoxdur

S.Zas: Qazaxıstanda hələlik normallaşma yoxdur

KTMT-nin baş katibi bildirib ki, Qazaxıstanda vəziyyətin normallaşmasından danışmaq hələ tezdir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas “Rossiya 24” kanalına müsahibəsində deyib ki, ölkə yanvarın əvvəlində kütləvi etirazlar fonunda tətbiq edilən məhdudlaşdırıcı tədbirləri tədricən ləğv edəcək.

O əlavə edib: “Aydındır ki, dönüş nöqtəsi artıq baş verib. Demək olmaz ki, vəziyyət normallaşıb - yox, fövqəladə vəziyyət hələ də qüvvədədir, beş rayonda ləğv edilib, sabah bir sıra rayonlarda ləğv olunacaq. Yəni bu məhdudlaşdırıcı tədbirlərin belə tədricən yumşaldılmasıdır. Amma buna baxmayaraq, demək olar ki, ölkə normal həyata qayıdır”.

KTMT-nin baş katibi Stanislav Zas onu da vurğulayıb ki, KTMT sülhməramlıların Qazaxıstanda keçirilən əməliyyatlar ərzində heç vaxt yerli əhali ilə münaqişələri olmayıb.

"Bütün bu günlər ərzində bizim sülhməramlılarımızla yerli əhali arasında bir dənə də olsun münaqişə olmayıb. Əksinə, sülhməramlıların hərəkətlərinə belə dəstək və anlayış hiss olunurdu", - deyə Zas irəli sürülən ittihamlara cavab verib.

O qeyd edib ki, sülhməramlılar "xeyirxah idilər". “Və demək istərdim ki, sülhməramlılar, dost ölkəyə döyüşmək üçün yox, sülh və təhlükəsizliyi təmin etmək üçün gəliblər”, - deyə təşkilatın baş katibi əlavə edib.

Şərh yaz


Məxfi kod
Yenilə