Cümə, 03 Dekabr 2021 12:53

Qırğızıstan seçkilərində Türkiyənin əlinin olması təkzib edilib

Qırğızıstan seçkilərində Türkiyənin əlinin olması təkzib edilib

Qırğızıstan dövlət milli təhlükəsizlik komitəsi mediaların Türkiyənin bu ölkədə çevriliş etməyə çalışması haqdakı iddialarını təkzib edib.

 Qırğızıstan dövlət milli təhlükəsizlik komitəsi «Lenta.ru» saytında dərc olunmuş məqalə ilə bağlı bildiribdir ki, bu məlumatlar saxtadır və həqiqətə uyğun deyil. Qeyd olunan məqalədə Türkiyənin Qırğızıstanda çevriliş etməyə hazırlıq gördüyü bildirilirdi.

Qırğızıstan dövlət milli təhlükəsizlik komitəsinin bəyanatında deyilir ki, heç bir xarici ölkə Qırğızıstanın daxili siyasi işlərinə qarışa bilməz.

Qırğızıstan parlament seçkiləri noyabrın 28-də keçirildi və səslərin nəticələri elan edildikdən sonra bir sıra partiyalar ona etiraz etdilər.

Bu etiraz hərəkətində «Ulutar Birimdigi», «Qırğızıstan Yaşıllar Partiyası», «Ataməkin», «Azatik» partiyalarının nümayəndələri və təqribən yetmiş nəfər olan digər partiyaların liderlərindən bəziləri iştirak ediblər.

Şərh yaz


Məxfi kod
Yenilə