Cümə, 03 Dekabr 2021 12:52

ABŞ-ın sanksiyaları diplomatik qaydalara ziddir

ABŞ-ın sanksiyaları diplomatik qaydalara ziddir

Rusiyanın xarici işlər naziri dünən Amerikanın birtərəfli sanksiyalarını tənqid edib. Bildirib ki, bu sanksiyalar beynəlxalq diplomatik razılaşmalara ziddir.

Ağ Ev başçılarına üzünü tutan Sergey Lavrov vurğulayıb ki, əgər Rusiyaya qarşı sanksiyalar tətbiq edilərsə, Moskva da cavab gedişi gedəcəkdir.

Lavrov həmçinin Ukrayna böhranına, eləcə də NATO-nun regiondakı düşmənçilik hərəkətlərinə işarə edib. Qeyd edib ki, Moskva NATO-nun müzakirələrdən kənara çəkiləcəyi təqdirdə, Ukrayna ilə gərginliyin azaldılması istiqamətində ayrıca bir strategiya yeridəcək.

Lavrovun sözlərinə görə, Moskva Ukrayna sərhədində gərginliyin azaldılması istiqamətində müəyyən təkliflər irəli sürüb.

 

Şərh yaz


Məxfi kod
Yenilə