Cümə, 03 Dekabr 2021 12:51

ABŞ senatorlarının İranın sanksiya edilməsi üzrə planı

ABŞ senatorlarının İranın sanksiya edilməsi üzrə planı

ABŞ senatının iki üzvü bir layihə təqdim edib. Bu layihə İrana qarşı yeni sanksiyaların tətbiq edilməsini istəyir.

 Senatın demokrat və respublikaçı üzvləri Ben Kardin və Pet Tumi "bir jurnalisti oğurlamağa cəhd” iddiası ilə İrandan cavab istənilməsi və "Amerika ərazisində adam oğurluğu üzrə digər cəhdlərin qarşısının alınması”nı nəzərdə tutan qanun layihəsi təklif ediblər.

Kardin-Tumi layihəsi bu kimi planların icrasında əli olan şəxslərin boykot edilmələri və onlarla həmkarlıq edəcəkləri təqdirdə, banklar üçün növbəti sanksiyaların nəzərdə tutulmasını tələb edir.

ABŞ ədliyyə nazirliyi ötən iyul ayında bir bəyanatda iddia etmişdi ki, Federal Təhqiqat Bürosu İranın Amerika ərazisində, «Bruklində yerləşən bir aktivist»i oğurlamaq üzrə səyini zərərsizləşdiribdir.

İran İslam Respublikası Xarici İşlər Nazirlyinin rəsmi nümayəndəsi Səid Xətibzadə o zamn bu iddialara cavab olaraq belə söylədi: İlk dəfə deyildir ki, Amerika, yeganə məqsədi, dəyərdən düşmüş və yanmış fiqurlarını ümidsizcəsinə bərpa olan, bu kimi Hollivud ssenariləri yaratmaqla məşğul olur.

Şərh yaz


Məxfi kod
Yenilə