Çərşənbə, 24 Noyabr 2021 16:20

Şoyqu strateji bombardmançı təyyarələrin Rusiya sərhədlərinə yaxınlaşdığını deyir

Şoyqu strateji bombardmançı təyyarələrin Rusiya sərhədlərinə yaxınlaşdığını deyir

Rusiyanın müdafiə naziri ABŞ-ın strateji bombardmançı aviasiyasın;n Rusiya sərhədi yaxınlığında aktivləşməsinə etiraz edib.

 

 ordu generalı Sergey Şoyqu Çinin müdafiə naziri Vey Fenqe ilə danışıqlar zamanı bildirib ki, ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı aviasiyası Rusiyanın şərqində, dövlət sərhədinin bilavasitə yaxınlığında əhəmiyyətli dərəcədə fəallaşıb, pilotlar raket zərbələri endirmə taktikasını tətbiq edirlər.  

Onun sözlərinə görə, bu cür hərəkətlər Çin üçün də təhlükə yaradır.  

“Hazırda biz bilavasitə Rusiyanın şərq sərhədləri yaxınlığında uçuşların sayında əhəmiyyətli artımı qeyd edirik. Təkcə 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin strateji aviasiyası Oxot dənizi üzərində 22 uçuş həyata keçirib, halbuki 2019-cu ildə bu uçuşların sayı 3 olub. Bütün hallarda bizim hava hücumundan müdafiəmiz Amerikanın strateji bombardmançılarının vaxtında aşkar edilməsi, davamlı monitorinqin qurulması və insidentlərin qarşısının alınması üçün tədbirlər həyata keçirir”, - deyə rusiyalı nazir vurğulayıb.

Şərh yaz


Məxfi kod
Yenilə