Cümə, 29 Oktyabr 2021 13:53

Quantanamodakı işgəncələr haqda yeni faktlar üzə çıxıb

Quantanamodakı işgəncələr haqda yeni faktlar üzə çıxıb

Amerikanın Quantanamo həbsxanasında saxlanılan məhbus ilk dəfə olaraq Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sorğu-sual zamanı istifadə etdiyi üsullardan danışıb. 

bu barədə "The Associated Press" xəbər verib.  

Məlumata əsasən "Əl-Qaidə" terror qruplaşmasına yardım etməkdə ittiham olunan Məcid Xan müharibə cinayətlərinə görə məhkum edilməsini nəzərdən keçirən heyətə bildirib ki, MKİ-nin gizli obyektlərində müstəntiqlər tərəfindən alçaldılaraq təhqir olunub. 

Xanın dediyinə görə, o, bir neçə gün çılpaq halda tavanın dirəyindən asılıb, yuxuya getməsinin qarşısını alınıb, buzlu su ilə isladılıb, ac qalıb, döyülüb və zorlanıb.  

Agentliyin məlumatına görə, Quantanamodakı "xüsusi əhəmiyyətə malik məhbus" ilk dəfə idi ki, məhkəmə qarşısında "gücləndirilmiş dindirmə" adlandırılan sistem haqqında danışmaq imkanı əldə edib.  

Şərh yaz


Məxfi kod
Yenilə