Cümə axşamı, 28 Oktyabr 2021 18:47

Amerika milli silah assosiasiyasının vebsaytı sındırılıb

Amerika milli silah assosiasiyasının vebsaytı sındırılıb

Qəm və kədər qrupu(Grief) kimi tanınan bir haker qrupu ABŞ-da odlu silahlara 150 illik dəstək keçmişinə malik olan Amerika milli silah assosiasiyasının vebsaytına kiber hücumu edib.

 Amerika milli silah assosiasiyasının vebsaytını sındırdığını iddia edən bu qrup bir qaranlıq vebsəhifədə onun on üç faylını yayıb və pulun ödənilməyəcəyi təqdirdə, bu assosiasiyadan daha çox sənəd və fayl yayacağı ilə hədələyib.

Amerikanın kiber təhlükəsizliyi ekspertləri iddia ediblər ki, bundan qabaq “Evil Corp” kimi tanınan haker qrupunun adı bir qrup rusiyalı kibercinayətkar tərəfindən dəyişdirilib. Moskva isə dəfələrlə bu kimi ittihamları rədd edibdir.

«Grief» qrupu hal-hazırda ABŞ maliyyə nazirliyinin sanksiyaları altındadır.

Bu anadək kiberhücum xəbərinə reaksiya verməyən Amerika milli silah assosiasiyası tvitter-də yalnız bunu qeyd edibdir ki, öz fiziki və ya elektron təhlükəsizliyi ilə əlaqədar məsələləri müzakirə etmir və təşkilat, öz üzvləri və əməliyyatları ilə bağlı məlumatların qorunması üçün fövqəladə tədbirlər görür.

Amerika milli silah assosiasiyasının vebsaytına kiberhücumun fonunda qeyd edək ki, Amerika Federal Təhqiqat Bürosu- FTB, ötən cümə günü böyük bir haker qrupunu dağıtdı və onun ardınca bir neçə digər qrup bunun əvəzini çıxacağı və Birləşmiş Ştatları daha artıq tənbeh edəcəyinə söz verdi.

Son aylar Amerikada kiberhücumlar məsələsi Birləşmiş Ştatlarda yanacaq nəqli üzrə ən iri boru kəmərinə malik olan “Colonial Pipeline” və qırmızı ət üzrə ən mühüm istehsalçı və paylayıcı şirkət olan “The J.B.s” də daxil olmaqla, bu ölkədə bir neçə iri şirkətə qarşı geniş haker hücumlarından sonra rəvac tapıbdır.

Amerika ədliyyə nazirliyi son zamanlar xəbərdarlıq etmişdi ki, kiberhücumlar bu ölkənin şirkətləri və mühüm sektorlarını təhdid edir və bu sektorlarının öz kibertəhlükəsizliklərini gücləndirmələri zərurət təşkil edir. Analitiklər bu qənaətdədirlər ki, bu hücumlar Amerikanın infrastruktur təsisatlarının kövrəkliyinin nişanəsidir.

Şərh yaz


Məxfi kod
Yenilə