Cümə axşamı, 28 Oktyabr 2021 17:26

Amerikanın beynəlxalq mövqeyi dağılmaqdadır

Amerikanın beynəlxalq mövqeyi dağılmaqdadır

Nyu-York Tayms qəzeti yazıb ki, Amerika hökumətinin qeyri-zəruri səhvlərinin ardınca bu ölkənin beynəlxalq mövqeyi dağılmaqdadır.

 Qəzet belə yazır: Amerikanın beynəlxalq mövqeyi açıq-aşkar titrəyib. ABŞ prezidenti Co Bayden xarici siyasət sahəsi də daxil olmaqla çox sayda problemlə üzləşir.

Məlumata görə, bu tənəzzülün kökləri keçmiş illərə qayıdır və müqəssiri tapmaq üzrə səylər sonsuz olacaq.

Amerikan «National İnterest» nəşri çərşənbə axşamı günü bir reportajda yazıbdır ki, Amerika hökuməti xarici siyasət sahəsində xeyli sayda nəzərəçarpacaq yanlış addımlar atıb.

Ötən illərdən bəri bu ölkənin dünyanın müxtəlif bölgələrindəki müdaxilə mahiyyətli və militarist siyasətlərinin şiddətlənməsilə Amerikanın müxtəlif siyasi və iqtisadi miqyaslarda tənəzzülü gözlənilirdi.

ABŞ prezidenti Co Bayden rəsmi bir çıxışda bu ölkənin müxtəlif sahələrdə dünyadan geri qaldığını etiraf edib.

Korona pandemiyası, maliyyə böhranı, bir çox iqtisadi mərkəzlərin iflası, daxili təhlükəsizlik problemləri və cinayətlərin artması da son illər ərzində Amerikanın beynəlxalq mövqeyinin zəifləməsinə bais olubdur.

Şərh yaz


Məxfi kod
Yenilə