Cümə axşamı, 28 Oktyabr 2021 16:45

İtaliyanın Siciliya adasında qasırğa və sel

İtaliyanın Siciliya adasında qasırğa və sel

İtaliyanın cənubunda yerləşən Siciliya adasında leysan yağışları və selin əmələ gəlməsi maliyyə xəsarətləri və insan tələfatına səbəb olub.

Kataniya şəhəri də daxil olmaqla Siciliyanın bir neçə iri şəhərində sel, üç nəfərin həyatını itirməsi, onlarla nəfərin isə yaralanması ilə nəticələnib.

Bu təbii fəlakət həmçinin avtomobillərin suda batmaları və insanların evdə qalmalarına gətirib çıxarıb.

İtaliya fövqəladə hallar qərargahı bildirib ki, Siciliyadan əlavə, bu ölkənin cənubundakı dörd əyalət həyəcan vəziyyətindədir.

Hidrometeoroloqların verdikləri məlumata görə, qarşıdakı günlərdə İtaliyanın cənubunun müxtəlif bölgələrində güclü yağışlar davam edəcək.

Şərh yaz


Məxfi kod
Yenilə